İqtisadiyyat · Trend.az

“FINCA Azerbaijan” 2 milyon manatlıq istiqraz buraxıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“FINCA Azerbaijan” 2 milyon manatlıq istiqraz buraxıb xəbəri üçün şəkil

Bakı. Trend:

“FINCA Azerbaijan” MMC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manat dəyərində istiqrazları dövlət qeydiyyatına alınıb.

Bu barədə qiymətli kağızların dövlət qeydiyyatına alınmasına dair məlumatda qeyd olunub.

Məlumata görə, təşkilatın hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd istiqrazı emissiya edilib. İstiqrazların ümumi nominal dəyəri 2 milyon manat təşkil edir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdirilib və 1 oktyabr 2026-cı il tarixində dövlət qeydiyyatına alınıb.

“FINCA Azerbaijan” 2000-ci ildən fəaliyyət göstərir və Bakı şəhəri, Füzuli küçəsi 67 ünvanında yerləşir. BOKT-nin lisenziya nömrəsi 110-QB-dir.

“FINCA Azerbaijan” MMC-nin Müşahidə Şurasının üzvləri Jerrold Smelcer və Kurdaş Meral Eredenk qızıdır. Təşkilatın İdarə Heyətinin üzvləri Zaur Nurməmmədov, Şəhriyar Osmanov və Səlcuq Yusiflidir. Daxili auditor vəzifəsini Vəfa Məmmədova tutur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑