Dünya · Ölkə.az

Paşinyandan yeni bəyanat: “Təhdidlər var”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyandan yeni bəyanat: “Təhdidlər var” xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin oktyabrın 22-də keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, Ermənistanda nisbətən yüksək iqtisadi aktivlik müşahidə olunsa da, müəyyən çətinliklər də mövcuddur.

“Aİİ ilə münasibətlərimiz açıq-aşkar bir problemdir və biz yaxın gələcəkdə bunun üzərində işləyəcəyik”, - hökumət başçısı deyib.

Qeyd edək ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan nümayəndələri Avrasiya Hökumətlərarası Şurasına hesabat təqdim edib. Hesabata əsasən, Aİİ üzv dövlətləri İrəvanın hərəkətlərinin yaratdığı riskləri nəzərə alaraq Ermənistanın təşkilatda iştirakını müvəqqəti olaraq dayandırmaq qərarına gələ bilərlər. Sənəddə qeyd olunub ki, bu, beynəlxlaq hüquqa uyğundur.

“Proqnozlara görə, Aİİ-də iştirakın dayandırılması Ermənistanın iqtisadi göstəricilərinin pisləşməsinə səbəb olacaq. Ermənistanın Aİİ üzv dövlətləri ilə ümumi ticarət dövriyyəsi 55%-dən çox azalacaq. Ermənistandan ittifaqa mal ixracı 65%-dən çox azalacaq, Aİİ üzv dövlətlərindən mal idxalı isə demək olar ki, yarıya qədər düşəcək”, - sənəddə qeyd olunub.

Mürtəza

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑