Dünya · Trend.az

Ermənistan iqtisadiyyatının sonu olmayacaq - Paşinyan

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistan iqtisadiyyatının sonu olmayacaq - Paşinyan xəbəri üçün şəkil

Bakı.Trend:

Ermənistan iqtisadiyyatının sonu baş verməyəcək.

“Aysor” nəşrinin məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə ölkənin Mərkəzi Bankının sədrinin bəyanatını şərh edərkən bildirib.

Bundan əvvəl Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan bildirmişdi ki, Rusiya Ermənistan üçün qazın qiymətini artırarsa, bu, apokaliptik (dünyanın sonu) ssenari olacaq.

Qalstyanın fikrincə, Rusiya qazının qiyməti artırılarsa, A və ya B planı deyil, X planı işə salınmalı, Mərkəzi Bankın buna reaksiyası isə qeyri-standart olmalıdır.

Paşinyan keçirdiyi brifinq zamanı qazın qiymətinin 69 faiz artması ehtimalı ilə bağlı suala münasibət bildirib. Baş nazir əmin edib ki, apokaliptik ssenaridən- Ermənistan iqtisadiyyatının sonundan dəm vuranlar iqtisadiyyatdan heç nə anlamırlar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑