Dünya · Trend.az

Paşinyan Avropa İttifaqının genişlənmə ilə bağlı sammitində iştirak edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan Avropa İttifaqının genişlənmə ilə bağlı sammitində iştirak edəcək xəbəri üçün şəkil

Bakı.Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının genişlənməsi ilə bağlı sammitdə iştirak edəcək.

Bu barədə "Euronews" telekanalı məlumat yayıb.

Avropa İttifaqının genişlənməsi ilə bağlı sammit noyabrın 3-də Brüsseldə keçiriləcək və tədbirdə Avropa ölkələrinin siyasi nümayəndələri, siyasətçilər və ekspertlər iştirak edəcəklər. Sammitin məqsədi Avropa İttifaqının gələcək genişlənmə perspektivlərini və namizəd ölkələrin quruma üzvlük prosesini müzakirə etməkdir.

Müzakirələr zamanı təhlükəsizlik, strateji muxtariyyət, demokratik islahatlar, üzvlük prosesinin sürətləndirilməsi, qanunun aliliyi və enerji infrastrukturu sahəsində əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olması gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑