Dünya · Modern.az

ABŞ olmasaydı, Ukrayna mövcud olmazdı - Rubio

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ olmasaydı, Ukrayna mövcud olmazdı - Rubio
ABŞ olmasaydı, Ukrayna mövcud olmazdı - Rubio

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqtonun yardımı olmasaydı, Ukrayna suveren dövlət kimi mövcudluğunu qoruya bilməzdi.

Modern.az xəbər verir ki, Rubio bu dəstəyin həm Co Baydenin, həm də Donald Trampın administrasiyası dövründə göstərildiyini vurğulayıb.

“Bu məsələ ilə bağlı daha özümüzə haqq qazandırmaq niyyətində deyilik. ABŞ-nin, o cümlədən Tramp administrasiyasının yardımı olmasaydı, Ukrayna indi mövcud olmazdı. Ukrayna suveren dövlət kimi mövcud olmazdı”, – dövlət katibi deyib.

Rubio Ukrayna hərbçilərinin cəsarətinin də nəzərə alınmalı olduğunu bildirib. Onun sözlərinə görə, ukraynalı hərbçilər ölkələri uğrunda böyük şücaətlə döyüşüb və göstərilən yardım sayəsində daha böyük bir ölkəyə qarşı mübarizədə mühüm nəticələr əldə ediblər.

“Ancaq tam aydın deməliyik: ABŞ-nin Bayden administrasiyası dövründə göstərdiyi və hazırkı administrasiya dövründə davam etdirdiyi milyardlarla dollarlıq yardım olmasaydı, bu gün Ukrayna mövcud olmazdı”, – Rubio əlavə edib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑