Fransanın "Milli birlik" partiyasının lideri Jordan Bardella BFMTV telekanslının efirində bəyan edib ki, Fransa hakimiyyəti etirazçıların kütləvi qanunpozuntuların qarşısının alınmasına nəzarəti itirib.
"Hakimiyyət təslim olub, hakimiyyət artıq yoxdur, faktiki olaraq bu gün fransızları müdafiə edəcək kimsə yoxdur. Vəziyyət qiyam, hətta vətəndaş müharibəsi səviyyəsinə çatır"- deyə partiya lideri bildirib.
Bardella xəbərdarlıq edib ki, Qarşıdurmslar, kütləvi dağıntılar evlərin aarət olunmasına gətirib çıxara bilər. O, vəziyyətin bu hala gəlməsində, kütlənin qızışdırılmasında ultrasolçu qruplaşmsları günahlandırıb.
Bardrlla baş verən hadisələrə hakimiyyətin fəaliyyətsizliyin səbəb olduğunu, "Milli birlik" pariyasının parlament fraksiyasının lideri Le Prnlə birlikdə "Fransada qayda qanun yaratmağa çalışacaqlarını" bəyan edib.
Rüstəm Hacıyev



