Dünya · Ədalət

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq xəbəri üçün şəkil

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu xəttində sərnişin daşımalarının həyata keçiriləcəyini və qatarların dayanacaqlarının olacağını bildirib.

Adalet.az xəbər verir ki, bunu Mirzoyan Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasında TRIPP layihəsi ilə bağlı çərçivə sazişinin ratifikasiyası məsələsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, hər iki tərəf üçün faydalı olan TRIPP-in iqtisadi baxımdan artıq sülhün möhkəmlənməsinə müsbət təsiri var.

“Əgər biz Azərbaycan ərazisindən keçməklə Çindən dəmir yolu ilə nəsə gətirə biliriksə, burada ironiya nədədir? Bəli, Azərbaycanın marağı var, Ermənistanın da marağı var. Bu, qarşılıqlı faydalı işdir”, – nazir vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑