Dünya · Bakupost.az

Kosmosda yeni layihə: Ayda 15 günlük qaranlığa son qoyulur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kosmosda yeni layihə: Ayda 15 günlük qaranlığa son qoyulur xəbəri üçün şəkil

Avropa Kosmik Agentliyi Ayda 15 Yer günü davam edən qaranlıq dövrdə elmi cihazları enerji ilə təmin etmək üçün “OASIS” adlı sistem hazırlayır.
“Bakupost” xəbər verir ki, sistem Ay gündüzlərində günəş panelləri vasitəsilə enerji istehsal edərək batareyalarda toplayacaq, gecələr isə elmi cihazların işləməsini təmin edəcək.
Layihənin məqsədi Ayda elmi tədqiqatların daha uzun müddət davam etməsinə şərait yaratmaqdır. “OASIS” bir neçə elmi cihazın ortaq enerji və rabitə infrastrukturundan istifadəsinə imkan verəcək.
Sistemin Ay gündüzlərində ən azı 75 vatt, gecələr isə 15 vatt enerji təmin etməsi planlaşdırılır. Onun gələcəkdə “Argonaut” Ay eniş aparatı ilə səthə çatdırılması nəzərdə tutulur.
“OASIS”in gələcək versiyaları Ay robotlarının uzun və soyuq gecələrdən qorunması üçün xüsusi sığınacaq rolunu da oynaya bilər. Layihə hazırda konsept və işlənmə mərhələsindədir.
Vüsalə Hüseynova,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑