Rusiyadan ABŞ-yə 40 min ton dizel yanacağı daşıyan ilk tankerin oktyabrın 22-də limandan yola düşməsi planlaşdırılır.
News24.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak Sankt-Peterburqda jurnalistlərə açıqlama verib.
O bildirib ki, iki ölkə arasında dizel yanacağının tədarükü ilə bağlı müqavilələrin imzalanması prosesi yekunlaşmaq üzrədir.
Novakın sözlərinə görə, ABŞ-yə dizel yanacağının tədarükü gələcəkdə də davam etdiriləcək. O, Rusiyanın ilin sonuna qədər dizel ixracını əvvəlki səviyyəyə qaytara biləcəyini də bildirib.
Baş nazirin müavini ixracın neft emalı zavodlarının istehsal imkanlarından asılı olaraq tədricən artırılacağını qeyd edib.





