Dünya · Banker.az

Gürcüstan qondarma Abxaziya və Cənubi Osetiya “respublika”larını tanımayacağını bəyan edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gürcüstan qondarma Abxaziya və Cənubi Osetiya “respublika”larını tanımayacağını bəyan edib xəbəri üçün şəkil

“Gürcüstan qondarma Abxaziya və Cənubi Osetiya “respublika”larını heç bir formada, hətta dolayısı yolla belə tanıya bilməz”.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin Tbilisi tərəfindən güc tətbiq edilməməsi ilə bağlı zəmanətlərə dair bəyanatı barədə suala cavabında deyib.

O, Gürcüstanın işğal altında olan bölgələrində yaradılmış qondarma qurumlarla hər hansı bir sazişin bağlanmasının mümkünlüyünü də istisna edib.

Baş nazir Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndəsinin təyin edilməsinin zəruriliyinə toxunaraq vurğulayıb ki, Gürcüstan haimiyyəti müəyyən sahələrdə, xüsusilə münaqişənin sülh yolu ilə həlli, ticarət-iqtisadi əlaqələr və humanitar məsələlər üzrə fəal işi təmin etmək üçün əlavə mühüm bir kanalın yaradılmasına ehtiyac olduğunu müəyyən edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑