Dünya · Bakı Xəbər

Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək... xəbəri üçün şəkil



Rusiyadan ABŞ-a ilk dizel yanacağı göndərməyə hazırlaşır. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, ilk tankerin sabah, 22-də limandan Amerika Birləşmiş Ştatlarına yola düşməsi planlaşdırılır.

"Bu tankerin su tutumu 40 min ton olacaq. Bundan sonra da əlavə yük daşımaları həyata keçiriləcək", - deyə o əlavə edib.

Onun sözlərinə görə, müvafiq müqavilənin imzalanması son mərhələdədir.

Novak qeyd edib ki, dizel tədarükü marşrutları "ABŞ-ın ehtiyaclarından kənarda hansı həcmdə təchiz edə biləcəyimizdən" asılı olacaq. "Düşünürəm ki, digər ölkələr də dizel alacaqlar", - deyə o bildirib.

"Biz ixrac həcmini tam bərpa etmirik, əksinə, neft emalı zavodlarımızın gücü daxilində bərpa edirik. Buna görə də, cədvələ əsasən, biz yalnız ilin sonuna qədər tam həcmlərə çata bilərik və bundan sonra digər ölkələr əvvəllər aldıqları həcmləri ala biləcəklər", - deyə Baş nazirin müavini əlavə edib.

Tahir TAĞIYEV

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑