Gürcüstan Hökuməti Baş nazirin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsini təyin edib. Bu vəzifəyə əvvəllər Gürcüstan xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışan Giorgi Zurabaşvili təyin olunub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə açıqlama verib.
“Rusiya Federasiyası ilə münaqişənin sülh yolu ilə həlli, mövcud ticarət-iqtisadi münasibətlərin qorunması və inkişafı, humanitar məsələlər üzrə daimi dialoq ölkəmizin ən vacib prioritetlərindən biridir, - deyə İrakli Kobaxidze vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın Rusiya ilə danışıqlar üzrə xüsusi nümayəndəsi postu 2025-ci ilin dekabr ayından boş idi.


