Dünya · Banker.az

Hindistanın ən böyük bankı öz məlumatlarını da qoruya bilmədi – Müştəri məlumatları "darknet"dədir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hindistanın ən böyük bankı öz məlumatlarını da qoruya bilmədi – Müştəri məlumatları "darknet"dədir xəbəri üçün şəkil

Hindistanın aktivlərinin həcminə görə ən böyük bankı olan “State Bank of India” (SBI) müştərilərinə məxsus şəxsi məlumatların internetin gizli seqmentində (darknet) yayılmasından sonra araşdırmaya başlayıb.

Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın biznes və maliyyə xəbərləri üzrə ixtisaslaşmış “Bloomberg” agentliyi bankın 21 oktyabr tarixli açıqlamasına istinadən məlumat yayıb.

Bankın ilkin araşdırmasına əsasən, darknetdə aşkarlanan təxminən 375 min məlumat qeydi təhlil edilib. Onlardan 3 897-də müştərilərin şəxsiyyətini müəyyən etməyə imkan verən fərdi məlumatlar aşkarlanıb.

Sızdırılan məlumatlar arasında müştərilərin adları, telefon nömrələri, doğum tarixləri, elektron poçt və yaşayış ünvanları yer alıb.

Bundan əlavə, məlumat bazasında bank filiallarının və müştərilərin identifikasiya nömrələri, kredit əməliyyatlarına, kredit müraciətlərinə və potensial borcalanlara aid məlumatlar da müəyyən edilib.

Bankın açıqlamasına görə, oktyabrın 16-da Hindistanın Müdafiə Kiber Agentliyi, milli kompüter insidentlərinə cavab qurumu “CERT-In” və kibertəhlükələrin monitorinqi üzrə xidmət təminatçısı mümkün məlumat sızması barədə xəbərdarlıq göndəriblər.

Bundan sonra “State Bank of India” hadisənin mənbəyini, miqyasını və mümkün nəticələrini müəyyənləşdirmək üçün müstəqil kibertəhlükəsizlik təşkilatını araşdırmaya cəlb edib.

Bank rəhbərliyi hadisənin əsas bank əməliyyatlarına, maliyyə nəticələrinə və fəaliyyətin fasiləsizliyinə əhəmiyyətli təsir göstərmədiyini bildirib.

Bununla belə, hadisə Hindistanın maliyyə sektorunda kibertəhlükəsizlik risklərinə diqqəti artırıb.

Hindistan Mərkəzi Bankının 43 bank və bank olmayan kredit təşkilatı arasında keçirdiyi sorğuya əsasən, iştirakçıların təxminən üçdəbiri əvvəlki illə müqayisədə kiberrisklərin nəzərəçarpacaq dərəcədə artdığını bildirib.

Qeyd edək ki, 2026-cı ilin iyulunda Hindistanın dövlətə məxsus digər iri bankı “Bank of Baroda” da oxşar məlumat sızması hadisəsi ilə üzləşmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑