Dünya · Ölkə.az

Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır xəbəri üçün şəkil

Ölkə.az APA-ya istinadən xəbər verir ki, Paşinyan bu barədə oktyabrın 25-də keçirilmiş yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələrini şərh edərkən keçirdiyi canlı yayımda danışıb.

O bildirib ki, bir sıra icmalarda hakim “Mülki müqavilə” partiyasının 80-90 faizdən çox səs toplaması onu sevindirmir və belə nəticələr müəyyən assosiasiyalar yaradır.

Baş nazir ölkədə xaricdən idarə olunan və onun ifadəsi ilə, “casus müxalifətinin” aradan qaldırılmasının, eyni zamanda dövlət maraqlarına əsaslanan yeni müxalifətin formalaşmasının vacibliyini vurğulayıb.

“Ermənistanda dövlət yönümlü, real müxalifət formalaşmalıdır. Lakin onu hökumət formalaşdırmamalıdır”, – Paşinyan deyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑