Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb.
Bunu Ukraynanın Baş naziri Sergey Koretski Kiyevdə Moldovanın Baş naziri Vasile Tofanla birgə brifinq zamanı deyib.
Koretski bildirib ki, saziş hərbi-texniki əməkdaşlıq sahəsində təcrübə mübadiləsi üçün yol açır. Ukrayna həmçinin Moldovaya minatəmizləmə koalisiyasında əməkdaşlığı genişləndirməyi təklif edib.
Qeyd edək ki, ötən gün sözügedən ölkələrin saziş imzalayacağı barədə məlumat vermişdik. ///axar.az///





