Dünya · Azxeber.com

Ukrayna şəhərləri dairəvi müdafiəyə keçir - Zelenskidən kritik qərar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna şəhərləri dairəvi müdafiəyə keçir - Zelenskidən kritik qərar xəbəri üçün şəkil
Ukrayna Prezidenti Volodimir Zelenski şəhərlərin müdafiəsini gücləndirmək məqsədilə mühəndis istehkam xətlərinin inkişaf etdirilməsi barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) qərarını qüvvəyə mindirib.
Müvafiq sərəncam dövlət başçısının rəsmi saytında dərc olunub.
"Milli Təhlükəsizlik və Müdafiə Şurasının "Şəhərlərin lazımi müdafiə səviyyəsini təmin etmək üçün mühəndis çəpərləri zolağının inkişafı tədbirləri və onların həyata keçirilməsi mexanizmləri haqqında” qərarı qüvvəyə mindirilsin”, – deyə sənəddə deyilir.
Sərəncamda dairəvi müdafiə sisteminin tətbiq olunacağı konkret yaşayış məntəqələrinin adları və görüləcək işlərin təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, sentyabr ayında Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov ölkədə döyüş tapşırıqlarını yerinə yetirmək üçün humanoid robotların yaradılması üzərində iş aparıldığını bildirmişdi.   ///qafqazinfo///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑