Ölkə.az xəbər verir ki, Britaniya mediasında yayımlanan məlumatda süni intellektdən mümkün qlobal nüvə müharibəsi zamanı ölkələr üzrə təxmin edilən insan itkilərini sıralamaq istənilib.
Təhlilə əsasən, ən ağır itkilərin ABŞ, Hindistan, Çin və Rusiyada qeydə alına biləcəyi iddia olunur. Bu ölkələrin siyahının ön sıralarında yer alması onların nüvə potensialı, böyük əhalisi, strateji hərbi obyektləri və sıx məskunlaşmış şəhərləri ilə əlaqələndirilir.
Ən çox itki ABŞ-də gözlənilir
Təqdim olunan siyahıda ABŞ 250 milyon nəfərlik mümkün itki göstəricisi ilə birinci yerdədir. Hindistan 220 milyon nəfərlə ikinci, Çin 180 milyon nəfərlə üçüncü, Rusiya isə 110 milyon nəfərlə dördüncü sırada qərarlaşıb.
İlk onluqda İndoneziya (95 milyon), Nigeriya (80 milyon), Pakistan (72 milyon), Banqladeş (65 milyon), Braziliya (52 milyon) və Meksika (46 milyon) da yer alıb.
Digər ölkələr üzrə göstərilən rəqəmlər də diqqət çəkir:
Ukrayna – 30 milyon;
Türkiyə – 24 milyon;
İtaliya – 22,5 milyon;
Yaponiya – 21 milyon;
Almaniya – 20 milyon;
Böyük Britaniya – 16 milyon;
Fransa – 14 milyon;
İran – 11 milyon;
İsrail – 5,4 milyon.
Siyahının sonlarında isə Avstraliya (1,2 milyon), Norveç (1,5 milyon), Yeni Zelandiya (1,7 milyon), Finlandiya (1,9 milyon) və Danimarka (2,1 milyon) yer alıb.
Azərbaycan siyahıda yoxdur
Diqqətçəkən məqamlardan biri də Azərbaycanın 40 ölkəlik siyahıda yer almamasıdır. Beləliklə, təqdim olunan sıralamada Azərbaycan üzrə mümkün insan itkisinə dair heç bir rəqəm göstərilməyib.
Qeyd edək ki, bu rəqəmlər təsdiqlənmiş elmi proqnoz və ya rəsmi hərbi hesablama deyil. Süni intellekt əsasında hazırlanmış təxmini ssenari kimi qiymətləndirilməlidir. Real nüvə müharibəsinin nəticələri istifadə edilən silahların gücündən, hədəflərdən, hücumların miqyasından və radioaktiv çirklənmənin yayılmasından asılı olaraq ciddi şəkildə dəyişə bilər.
Mürtəza





