Dünya · Trend.az

Gürcüstanda Qaribaşvilinin məhkəməsi başlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gürcüstanda Qaribaşvilinin məhkəməsi başlayıb xəbəri üçün şəkil

Bakı.Trend:

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin korrupsiya cinayətində ittiham olunması ilə bağlı işə mahiyyəti üzrə baxılmasına başlanılıb. Keçmiş Baş nazir məhkəmə iclasında iştirak edib.

Bu barədə onun vəkili Soso Baraşvili “İnterpressnews”a bildirib.

Saat 16:00-da Tbilisi Şəhər Məhkəməsində keçiriləcək iclasda tərəflər giriş nitqi ilə çıxış ediblər.

Qeyd edək ki, prokurorluq İrakli Qaribaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin “a” və “q” bəndləri, həmçinin üçüncü hissəsinin “e” bəndi ilə ittiham irəli sürüb. Bu maddələr dövlət vəzifə tutan şəxs tərəfindən mütəşəkkil qrupun tərkibində xüsusilə külli miqdarda rüşvət alınmasını nəzərdə tutur.

Sözügedən cinayətə görə 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edilib.

İrakli Qaribaşvili xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı üzrə artıq məhkum edilib. Prosessual saziş əsasında o, 5 il müddətinə azadlıqdan məhrum edilib və 1 milyon lari (384,706 ABŞ dolları) məbləğində cərimələnib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑