Ölkə · Ölkə.az

Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır xəbəri üçün şəkil

Ölkə.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 1972-ci il təvəllüdlü şəxs (kişi) oktyabrın 18-də saat 13:40 radələrində Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hazırda onun müalicəsi davam etdirilir.

“Vəziyyəti kritik ağır qiymətləndirilir”, - TƏBİB-dən qeyd olunub. 

Yaxınları Ölkə.az-a bildirib ki, Milli Qəhrəman mədə xəstəliyindən əziyyət çəkir. Ötən gün onun mədəsində qan axma olub. Bu səbəbdən vəziyyəti daha da ağırlaşıb.

Qeyd edək ki, Ehtiram Əliyev 1972-ci ildə Ucar rayonunda anadan olub. Bakı Maşınqayırma Texikumunu və "Təfəkkür” Universitetini bitirib.

1992-ci ilin iyunundan 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. Cəbhənin Ağdam, Naxçıvan istiqamətlərində döyüşüb. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücaətə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

E.Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. Daha sonra Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rəis müavini vəzifəsində çalışıb.

Ailəlidir. Bir qızı, iki oğlu var.

Həmidə İbrahimova

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑