Prezidentin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Fərmayıl oğlu Məmmədov oktyabrın 23-də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Modern.az xəbər verir ki, yeni başçını kollektivə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.
Təqdimatda çıxış edən Zeynal Nağdəliyev dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
O.Məmmədov ona göstərilən etimada görə minnətdarlığını ifadə edib.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının ilk iclası keçirilib.
Modern.az-a QSC-nin Mətbuat Xidmətindən verilən məlumata görə, iclasda Regional Su Meliorasiya Xidmətinin Prezidentin sərəncamına əsasən publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesi və yeni təşkilati-hüquqi statusun regionlarda su təchizatının idarə olunmasına mümkün təsirləri müzakirə edil
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılmasından danışıb.
Ölkə.az-ın xəbərinə görə, o, bu barədə ANZ.AZ-a açıqlama verib.
O, heç bir səbəb göstərilmədən altı saat saxlanıldığını bildirib.
İbad Hüseynov sərbəst buraxılmasında Azərbaycan dövlətinin müdaxiləsinin mühüm rol oynadığını vurğulayıb:
&ldqu...
Hərbi qulluqçular fundamental elmlərlə yanaşı, fəlsəfə, ədəbiyyat və dilçilik sahələrində də biliklərə malik olmalıdırlar.
Modern.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin plenar iclasında hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı bildirib.
Siyavuş Novruzovun magistratura, rezidentura və doktoranturada təhsil alan şəxslərlə bağlı təkliflərinə münasibət bildirən vitse-spiker humanitar elmlərin də hərbçilər üçün əhəmiyyətini
Prezident İlham Əliyev Fərhad Qurban oğlu Xəlilovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, Fərhad Xəlilov Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub.
Qeyd edək ki, Fərhad Qurban oğlu Xəlilov Azərbaycanın Xalq rəssamıdır. O, 1946-cı il oktyabrın 26-da Bakıda anadan olub. Bir neçə gün sonra sənətkarın 80 yaşı tamam olacaq.
Fərhad Xəlilov 1961–1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə geniş tərkibdə görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat yayılıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Hindistan münasibətlərinin tam gündəliyini, o cümlədən siyasi dialoq, ticarət, investisiya, enerji, nəqliyyat, turizm, təhsil, elm və mədəni əməkdaşlığı müzakirə edilib.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərin