Ölkə · Modern.az

Ceyhun Bayramov hindistanlı həmkarı ilə geniş tərkibdə görüş keçirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ceyhun Bayramov hindistanlı həmkarı ilə geniş tərkibdə görüş keçirib
Ceyhun Bayramov hindistanlı həmkarı ilə geniş tərkibdə görüş keçirib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə geniş tərkibdə görüş keçirib.

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat yayılıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Hindistan münasibətlərinin tam gündəliyini, o cümlədən siyasi dialoq, ticarət, investisiya, enerji, nəqliyyat, turizm, təhsil, elm və mədəni əməkdaşlığı müzakirə edilib.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Limanının, Alat Sərbəst İqtisadi Zonasının və digər sənaye zonalarının təqdim etdiyi imkanlar da vurğulanıb. Müzakirələr həmçinin regional və beynəlxalq hadisələri, BMT, AİTƏŞ və ŞƏT çərçivəsində əməkdaşlığı əhatə edib. XİN Bayramov həmkarını Cənubi Qafqazdakı hadisələr, Azərbaycan-Ermənistan normallaşma prosesi, etimad yaratma tədbirləri barədə məlumatlandırıb. Azərbaycanın azad edilmiş ərazilərində bərpa işləri və davam edən mina təhlükəsi də müzakirə olunub. Nazirlər həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

 

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑