Prezident İlham Əliyev Vergi, Miqrasiya Məcəllələrində, eyni zamanda "Sosial sığorta haqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklikləri imzalayıb.
Modern.az xəbər verir ki, sənədə əsasən, 2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətlə məşğul olmayan
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının ilk iclası keçirilib.
Modern.az-a QSC-nin Mətbuat Xidmətindən verilən məlumata görə, iclasda Regional Su Meliorasiya Xidmətinin Prezidentin sərəncamına əsasən publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesi və yeni təşkilati-hüquqi statusun regionlarda su təchizatının idarə olunmasına mümkün təsirləri müzakirə edil
Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Modern.az xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib.
Türkiyə Prez
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində Qoruğun əsasnaməsini təsdiq etməli, Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyən etməli, Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli, bu Sərəncamdan i
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "İri Şəhərlərin Su Təchizatı" QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.
Bu barədə Modern.az-a ADSEA-dan məlumat verilib.
Müşahidə Şurasının qərarına əsasən, Arif Fərman oğlu Mərdanov "İri Şəhərlərin Su Təchizatı" QSC-nin icraçı direktoru təyin edilib.
A.Mərdanov 1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Azərsu ASC"də rəhbə