Ölkə · Modern.az

Ziyafət Əsgərovdan Siyavuş Novruzova cavab: “Hərbçinin məntiqi də olmalıdır”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ziyafət Əsgərovdan Siyavuş Novruzova cavab: “Hərbçinin məntiqi də olmalıdır”
Ziyafət Əsgərovdan Siyavuş Novruzova cavab: “Hərbçinin məntiqi də olmalıdır”

Hərbi qulluqçular fundamental elmlərlə yanaşı, fəlsəfə, ədəbiyyat və dilçilik sahələrində də biliklərə malik olmalıdırlar.

Modern.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin plenar iclasında hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Siyavuş Novruzovun magistratura, rezidentura və doktoranturada təhsil alan şəxslərlə bağlı təkliflərinə münasibət bildirən vitse-spiker humanitar elmlərin də hərbçilər üçün əhəmiyyətini vurğulayıb.

“Riyaziyyatdır, fizikadır, kimyadır – bunlar fundamental elmlərdir, məlum məsələdir. Amma hərbi qulluqçunun gözəl məntiqi də olmalıdır axı. Bu məntiq də fəlsəfədir, bunu fəlsəfə verir”, – deyə o qeyd edib.

Ziyafət Əsgərov komitə sədri olduğu dövrdə hərbi hissələrə səfərlərini xatırladıb:

“Orada ayrıca kitabxana var idi. Bizim əsgərlərimiz, zabitlərimiz orada həm bədii ədəbiyyat, həm fəlsəfə ədəbiyyatı, həm də dilçiliklə bağlı kitablar oxuyurdular. Niyə olmasın ki? Olsun!”

Vitse-spiker vurğulayıb ki, hərbi qulluqçular peşəkar biliklərlə yanaşı, geniş dünyagörüşünə də malik olmalıdırlar:

“Bizim bugünkü hərbi qulluqçumuz, zabitimiz, leytenantımız hərtərəfli olmalıdır”.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑