Ölkə · Globalinfo.az

Bakıdan Qubaya çatana kimi azı 3 dəfə dəyişir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıdan Qubaya çatana kimi azı 3 dəfə dəyişir xəbəri üçün şəkil

“Son illərdə ilk dəfədir televiziya rəqabətdə radioya uduzmağa başlayıb. Ona görə ki, televiziyanın çoxsaylı alternativləri çıxıb, radionun isə hələ də alternativi yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasındadeputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, radio istifadəçilərinin statistikası get-gedə artır, bu isə ölkəmizdə ilk növbədə avtomobillərin sayının artırılması və avtomobildə yeganə informasiya mənbəyi kimi radiodan istifadə olunmasına görədir:

“Belə olan halda, istər ölkə daxilində səyahət müddətində bir rayondan digər rayona, istər digər şəhərdaxili nəqliyyatdan istifadə zamanı radionun keyfiyyəti, onun təsir imkanları yenidən qiymətləndirilməlidir. Yəni biz radionu artıq sadəcə əyləncə vasitəsi kimi deyil, həm də ideoloji və təhlükəsizlik vasitəsi kimi – Azərbaycan Prezidentinin çağırışlarına uyğun olaraq istifadə etməyi bacarmalıyıq. Radionun imkanlarından milli təhlükəsizliyimiz, informasiya və ideoloji təhlükəsizliyimiz üçün maksimum bəhrələnməliyik.

Buradan tutaq ki, Azərbaycanın ən yaxın istirahət zonası Bakıdan Qubaya qədər olan ərazidir. Əgər avtomobildə siz Bakıdan Qubaya qədər gedirsinizsə, ən azı 3-4 dəfə radio tezlik dəyişir, bu tezliklər vurulur. Nəyə görə belə olur? Arada nə qədər məsafə var ki, vahid radio tezliklə biz bunu tənzimləyə bilmirik?

Azərbaycanın mərkəzindən kənarlara doğru getdikcə başqa ölkələrin radio tezlikləri bizim radio tezliklərimizi üstələyir. Şimala doğru irəlilədikcə Rusiya və Dağıstan radioları hakim kəsilir, bizim tezliklər itir. Demək, bu, keyfiyyətli deyil. Qərbə doğru getdikcə Gürcüstan istiqamətində bu tezliklər itir, demək, keyfiyyətli deyil və sair. Ona görə də düşünürəm ki, bu məsələyə baxmaq lazımdır. Əgər bunun texniki təchizatında problemlər varsa, həll etməliyik. Yox, əgər başqa bir səbəb mövcuddursa, peyk vasitəsilə tənzimlənmə aparılmalıdırsa, bunu etməliyik, çünki özümüzün də peykimiz var.

Bu bizim görmək istədiyimiz milli radio standartlarına iki radio cavab verir: Bunlardan biri “Asan radio”dur. Burada həm maarifləndirmə, həm əyləncə, həm də dünyada baş verən siyasi proseslərə müxtəlif analitik mərkəzlərin izahatının verilməsi və s. var. İkincisi isə “Yurd FM”dir. Bu da milli musiqimizin təqdim olunması baxımından yaxşı bir fəaliyyət həyata keçirir”.

Safura Bənnayeva
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑