Ölkə · Modern.az

Terrorun maliyyələşdirilməsinə görə şirkətlərin məsuliyyəti artır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Terrorun maliyyələşdirilməsinə görə şirkətlərin məsuliyyəti artır
Terrorun maliyyələşdirilməsinə görə şirkətlərin məsuliyyəti artır

Hüquqi şəxslərin maliyyə əməliyyatlarına nəzarətin təşkili ilə bağlı pozuntular nəticəsində vəzifəli şəxslərinin terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli cinayət törətməsi hallarında onlara cinayət-hüquqi tədbirlərin tətbiqi qaydası dəyişir.

Modern.az xəbər verir ki, bu müddəaların yer aldığı  Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi  Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatlarına nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində onun vəzifəli şəxsləri xidməti vəzifələrinin icrası ilə əlaqədar Cinayət Məcəlləsinin 214-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətdikdə, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin əməlin onun xeyrinə və ya maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq ediləcək.

Beləliklə, hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi üçün cinayətin mütləq onun xeyrinə və ya maraqlarının qorunması məqsədilə törədilməsi şərti aradan qaldırılır.

Bundan başqa, Cinayət-Prosessual Məcəlləyə edilən dəyişikliklə hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat zamanı onun nümayəndəsinin dindirilməsi qaydası dəqiqləşdirilir, digər müvafiq prosessual normalar isə yeni dəyişikliklərə uyğunlaşdırılır.

Sonda məsələ səsverməyə çıxarılıb və üçüncü oxunuşda qəbul edilib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑