Dünya · Ölkə.az

Kremldən Trampın qərarına reaksiya: Alqışlayırıq, “tarixi an”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kremldən Trampın qərarına reaksiya: Alqışlayırıq, “tarixi an” xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bu qərarı “tarixi an” adlandırıb.

X sosial şəbəkəsində paylaşım edən Dmitriyev bildirib ki, Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına xidmət edə, qlobal iqtisadi sabitliyə töhfə verə və davamlı sülh üçün zəmin yarada bilər.

Onun sözlərinə görə, qarşıdurma və sanksiyalar əvəzinə dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verilməlidir. Dmitriyev həmçinin Kremlin qlobal sabitliyin qorunması istiqamətində məsuliyyəti Ağ Evlə bölüşməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, Donald Tramp Rusiyaya və İrana qarşı əlavə sanksiyalar nəzərdə tutan Qrem Aktının müəyyən müddəalarının tətbiqini müvəqqəti dayandıran sərəncam imzalayıb.

Sənədin əsas müddəalarının oktyabrın 18-də qüvvəyə minməsi gözlənilirdi. Lakin Trampın qərarı ilə yeni məhdudiyyətlərin tətbiqi qeyri-müəyyən müddətə təxirə salınıb.

Sərəncamda bildirilir ki, ABŞ Prezidenti sanksiyaların tətbiqindən müvəqqəti imtinanın ölkənin milli maraqlarına uyğun olduğunu Konqresə əsaslandırıb.

Sərəncam çərçivəsində Rusiyanın enerji ehtiyatlarının beş ən böyük alıcısı sırasında yer alan ölkələrdən idxal edilən mallara 100 faizədək əlavə tariflərin tətbiqi dayandırılıb. Rusiya mallarına 500 faizədək tariflər nəzərdə tutan mexanizmin tətbiqi isə dondurulub.

Mürtəza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑