Dünya · News24.az

Papadan xəbər var

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Papadan xəbər var xəbəri üçün şəkil

Katolik dünyasının lideri Papa XIV Leo ağciyərindəki xərçəng şişinin çıxarılması əməliyyatından dörd gün sonra xəstəxanadan buraxılıb.

News24.az xəbər verir ki, 71 yaşlı Papa Romadakı Gemelli Xəstəxanasında sağ ağciyərinin aşağı payının çıxarılması əməliyyatını keçirib.

Müayinələrin nəticələrindən sonra həkimlər onun xəstəxanadan çıxmasına icazə veriblər.

Papanın rəsmi qəbulları oktyabrın 20-dək ləğv edilib. Onun noyabrın 6-dan 17-dək Uruqvay, Argentina və Peruya səfəri planlaşdırılır. Lakin səfərin baş tutub-tutmayacağı həkimlərin tövsiyələrindən asılı olacaq.

Vatikan Dövlət Katibi kardinal Petro Parolin Papanın səhhətinə uyğun olaraq iş qrafikini dəyişə biləcəyini bildirib. Şişin ölçüsü və xəstəliyin limfa düyünlərinə yayılıb-yayılmadığı barədə ətraflı tibbi nəticələr isə hələ açıqlanmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑