Husilər təktərəfli olaraq 159 nəfər əsiri azad edib.
Adalet.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb.
Bildirilib ki, təşkilat hər bir əsirlə azad edilməmişdən əvvəl söhbət aparıb, ailələrinə xəbər verib və onlara evə qayıtmaq üçün kömək təklif edib.
Qeyd edək ki, Yəməndə Husilər və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri arasında döyüşlər gedir.



