Dünya · SİA

İran Hörmüz boğazı ilə təhlükəsiz şəkildə yükdaşımanın tərəfdarıdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran Hörmüz boğazı ilə təhlükəsiz şəkildə yükdaşımanın tərəfdarıdır xəbəri üçün şəkil

İran Hörmüz boğazında gəmiçiliyin və yükdaşımanın təhlükəsiz şəkildə həyata keçirilməsinin tərəfdarıdır.

SİA xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi şənbə günü (17 oktyabr) İraqın paytaxtı Bağdad şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri şurasının 52-ci iclasında çıxışı zamanı deyib.

“Hörmüz boğazı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əksəriyyətinin enerji və ticarəti üçün önəmlidir. 28 fevral 2026-cı il tarixinə qədər bu boğaz tam şəkildə açıq və təhlükəsiz idi. Həmin tarixdən ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində təhlükəsizliyi geri qaytarmaq mümkün olmayıb. Bir ölkənin bombardman, məhv etməyə hədələməklə və mühasirəyə almaqla gəmiçiliyin təhlükəsizliyini normal vəziyyətə qaytarmaq mümkün deyil”, - deyə o qeyd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑