İdman · Ölkə.az

İspaniya Kral Futbol Federasiyası "Barselona"nı cərimələdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniya Kral Futbol Federasiyası "Barselona"nı cərimələdi xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, paytaxt təmsilçisi bu yay İspaniya Kral Futbol Federasiyasına və FIFA-ya şikayət ünvanlayıb.

Madrid kollektivi kataloniyalıları futbolçu ilə əvvəlcədən yazılı bildiriş təqdim etmədən danışıqlar aparmaqda ittiham edib.

Daha sonra məsələ ilə bağlı intizam araşdırmasına başlanılıb. Araşdırmanın nəticəsində qayda pozuntusu yüngül xarakterli hesab edilib. Buna baxmayaraq, "Barselona" İntizam Məcəlləsinin 133-cü maddəsinə əsasən, nəzərdə tutulan maksimum məbləğdə - 602 avro cərimələnib.

Qeyd edək ki, "Barselona" 2019-cu ildə də "Atletiko"nun şikayəti əsasında Antuan Qrizmannla aparılan danışıqlara görə 300 avro cərimələnmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑