İdman · Azxeber.com

Lamin Yamalın atası hava limanında qalmaqal yaratdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lamin Yamalın atası hava limanında qalmaqal yaratdı xəbəri üçün şəkil
"Barselona"nın 19 yaşlı vingeri Lamin Yamalın atası Munir Nasraui Barselona hava limanında dava salmaqda ittiham olunur.
Bu barədə "El Español" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə hava limanının kafeteriya zonasında baş verib. Nasraui gödəkçəsini buna icazə verilməyən yerdə qoyduğu üçün müəssisənin əməkdaşı ona irad bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb və Nasraui qadının üzünə tüpürüb.
Ofisiantı müdafiə etmək istəyən hava limanının ziyarətçilərindən biri də münaqişəyə qoşulub. Nasraui stul götürərək həmin şəxsin üzərinə atmağa cəhd edib.   ///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑