İdman · İdman.biz

Lamin Yamalın atası hava limanında qalmaqal yaradıb - qadının üzünə tüpürüb, stul atmağa çalışıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lamin Yamalın atası hava limanında qalmaqal yaradıb - qadının üzünə tüpürüb, stul atmağa çalışıb xəbəri üçün şəkil

“Barselona”nın 19 yaşlı futbolçusu Lamin Yamalın atası Munir Nasraui növbəti dəfə qalmaqallı davranışı ilə gündəmə gəlib. Onun Barselona hava limanında kafe əməkdaşı və sərnişinlərdən biri ilə mübahisə etdiyi bildirilir.

İdman.Biz İspaniyanın “El Español” nəşrinə istinadən xəbər verir ki, hadisə hava limanının kafe bölməsində baş verib.

Məlumata görə, Nasraui gödəkçəsini icazə verilməyən yerə qoyub. Kafenin qadın əməkdaşı buna etiraz etdikdə futbolçunun atası əsəbiləşib və tərəflər arasında mübahisə başlayıb.

Nəşrin iddiasına əsasən, Nasraui mübahisə zamanı qadının üzünə tüpürüb. Kafe əməkdaşını müdafiə etmək istəyən şəxslərdən biri də onun aqressiyası ilə üzləşib. Bildirilir ki, Yamalın atası stulu götürərək həmin kişiyə atmağa cəhd göstərib.

Bu, son 24 saatda Nasrauinin adı ilə bağlı yayılan ilk qalmaqallı məlumat deyil.

Oktyabrın 26-da Londonda keçirilən “Qızıl top” mükafatlandırma mərasimindən dərhal sonra o, Rusiya nümayəndə heyətinin operatoru ilə də mübahisə edib.

Hadisə mərasimin təşkil olunduğu “London Palladium” teatrının girişində baş verib. Nasraui həmin vaxt küçədə siqaret çəkir və oğlunun qazandığı Kopa mükafatını əlində tuturdu.

Rusiyalı operator futbolçunun atasını təbrik etmək və onu videoya çəkmək üçün yaxınlaşıb. Lakin Nasraui buna aqressiv reaksiya verib və operatorun əlindən telefonu vurub salmağa cəhd edib.

Hadisənin şahidi olan Rusiya millisinin sabiq kapitanı Andrey Arşavin isə gözlənilmədən operatoru günahlandırıb. O, çəkiliş aparan şəxsin davranışını sərt şəkildə tənqid edib.

“Kaş sənin başını yaraydı, Seva! Belə etmək çox çirkindir. Niyə insanların üstünə gedirsən? Onlar əsas “Qızıl top”u uduzdular, daha doğrusu, kiçik “Qızıl top”u qazandılar”, - deyə Arşavin bildirib.

Sabiq futbolçu Nasrauinin həmin vaxt sərxoş olduğunu da iddia edib:

“O, tamamilə başqa əhvalda idi, sərxoş idi. Ondan nə gözləyirdin? Sən isə telefonu onun üzünə tutaraq yaxınlaşırsan. Ən pisi də odur ki, məndən onun yanında dayanıb şəkil çəkdirməyimi istəyirdin! Təsəvvür edirsən, o, indi mənim başıma nə oyun açardı?”

Qeyd edək ki, Londonda keçirilən “Qızıl top” mərasimində əsas mükafatı “Bavariya”nın hücumçusu Harri Keyn qazanıb. Lamin Yamal isə Kopa mükafatına layiq görülüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑