İdman · Azxeber.com

'Barselona' bu səbəbə görə cərimələndi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
'Barselona' bu səbəbə görə cərimələndi xəbəri üçün şəkil
İspaniya Kral Futbol Federasiyası (RFEF) hücumçu Xulian Alvaresi transfer etməyə cəhd göstərməsi ilə bağlı "Barselona" klubunu cərimələyib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Qərar federasiyanın apardığı araşdırmadan sonra qəbul edilib.
Xatırladaq ki, dünya çempionatı zamanı argentinalı futbolçu Xulian Alvares "Atletiko Madrid"dən ayrılmaq istədiyini bildirmişdi. Kataloniya klubu onu transfer etməyə çalışsa da, keçid baş tutmayıb. Bundan sonra Madrid təmsilçisi federasiyaya şikayət edərək "Barselona"nı etik normaları pozmaqda ittiham edib.
RFEF yarış qaydalarının 133-cü maddəsinə əsasən, "Barselona" klubunu 602 avro məbləğində cərimələyib. Həmin maddə "göstərişlərin, təlimatların, sazişlərin və ya normativ öhdəliklərin yerinə yetirilməməsi" ilə bağlı müddəaları əhatə edir.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑