Ölkə.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 22-də hökumətin iclasında bildirib.
“Biz bu sənədin imzalanmasını və təsdiqlənməsini istəyirik, çünki kommunikasiyaların təkcə iqtisadi komponenti deyil, həm də sülhü möhkəmləndirmək missiyası var”, - o qeyd edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan da sülh müqaviləsinin mümkün qədər tez imzalanmasının vacibliyini bildirib.
O, 2031-ci ildə sülh müqaviləsinin imzalanacağını iddia etdiyi barədə xəbəri təkzib etdi.
“Mən bunu 2031-ci ilə qədər bildirmişdim. Yəni seçkilərdən sonrakı mandat beş il müddətinə verilib. Amma biz prosesi təxirə salmağı planlaşdırmırıq”, - Baş nazir söyləyib.
***
Hökumətin toplantısından sonra jurnalistlər də N.Paşinyandan Ermənistanla Azərbaycan arasında sülh sazişinin nə zaman imzalanacağını soruşublar. O deyib ki, sülh sazişi 2027-2028-ci illərdə imzalana bilər.
"Biz Azərbaycanla işləməyə davam etməliyik", - Paşinyan bildirib.
Hökumət başçısı əlavə edib ki, bu kontekstdə TRIPP layihəsinin həyata keçirilməsi də vacibdir:
"Əlbəttə ki, biri digəri ilə heç bir şəkildə əlaqəli deyil, amma biz artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlamışıq".
Mürtəza


