Ölkə.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Xan-Yunis bölgəsinə endirilən zərbə nəticəsində "İslami Cihad"ın hərbi qanadının bölük komandiri Məhəmməd Əbu Şaluf öldürülüb. Onun 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücumda iştirak etdiyi bildirilib.
Digər zərbə zamanı isə HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvü Musa Atef Əbu Dan öldürülüb.
İsrail ordusunun mətbuat xidməti bildirib ki, öldürülən şəxslər son vaxtlar İsrail hərbçilərinə hücumlar edib və silahlı qruplaşmaların döyüş qabiliyyətini bərpa etmək məqsədilə fəaliyyət göstəriblər. Ordunun iddiasına görə, bununla onlar atəşkəs razılaşmasını sistematik şəkildə pozublar.






