Dünya · Azxeber.com

Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu xəbəri üçün şəkil
Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.
Əfqanıstan Silahlı Qüvvələrinin 203-cü Mənsuri Korpusunun sözçüsü Əbdül Haq Fidanın sözlərinə görə, atışma Əfqanıstanın Paktiya əyalətinin Dand Pathan rayonunda, iki ölkə arasındakı Durand Xətti yaxınlığında baş verib. Kabil bu sərhədi tanımır. O, atəşi Pakistan qüvvələrinin açdığını iddia edir. İtki sayı barədə məlumat verilməyib.
Xatırladaq ki, bu il fevralın 26-sı axşamı Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqladı. Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsinin Əfqanıstandakı Taliban hökuməti ilə hazırda açıq silahlı münaqişə vəziyyətində olduğunu deyib.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑