Ölkə.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Avrasiya İqtisadi Komissiyası Şurasının qərarı əsasında müvəqqəti sanitar tədbir müəyyən edilib. Bu tədbir təsdiq edilmiş orqanoleptik, fiziki-kimyəvi və təhlükəsizlik tələblərinə cavab verməyən məhsulların ölkəyə idxalının və satışının dayandırılmasını nəzərdə tutur.
Qərara əsasən, Gürcüstanın “TELIANI VELI” ASC, “TBILVINO” ASC, “WINEMAN” MMC-dən şərab, “Georgian Brewing Company” ASC-dən pivə və “BRATYA ASKANELI” MMC-dən şərab və konyak məhsullarının, eləcə də Gürcüstandan qazlı sərinləşdirici içki olan “Koka-Kola”, “HELSI WATER”dən “Nabeglavi” mineral suyunun Rusiyaya idxalı qadağan edilib.




