Dünya · Lent.az

Hava limanına raket hücumu: 12 nəfər öldü, 309 nəfər yaralandı

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hava limanına raket hücumu: 12 nəfər öldü, 309 nəfər yaralandı xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, məlumata görə, husilərin atdığı raket hava limanının 3 saylı terminalının yaxınlığına düşüb.

Daha bir mərmi isə ölkənin şərqində yerləşən Dammam şəhərindəki hava limanının yaxınlığına düşüb.

Hücum nəticəsində həlak olanların 4-ü Səudiyyə Ərəbistanı vətəndaşı, 8-i isə ölkədə yaşayan əcnəbilərdir.

Həlak olan əcnəbilərdən ikisinin Banqladeş, digərlərinin isə ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları olduğu qeyd edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑