Dünya · Teleqraf

İlon Mask: Zelenski həddini aşıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İlon Mask: Zelenski həddini aşıb xəbəri üçün şəkil

BAKI, 11 oktyabr. TELEQRAF

"SpaceX" şirkətinin təsisçisi İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin “həddini aşdığını” bildirib.

Teleqraf xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampın açıqlamalarını şərh edərkən yazıb.

Tramp Vaşinqtonun Kiyevdən Rusiyanın neft emalı zavodlarına zərbələr endirməməyi dəfələrlə tələb etdiyini bildirib. ABŞ prezidenti, həmçinin Zelenskinin Ukrayna münaqişəsini bir neçə dəfə həll edə biləcəyini, lakin bunu etməməyi seçdiyini deyib.

Mask Trampın bu açıqlamalarına münasibət bildirərək “Zelenski həddini çoxdan aşıb” ifadəsini işlədib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑