Dünya · Ölkə.az

Bu ölkədə xaricdən qayıdan həkimlərə 50 milyon bonus təklif edirlər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkədə xaricdən qayıdan həkimlərə 50 milyon bonus təklif edirlər xəbəri üçün şəkil

Ölkə.az Musavat.com-a istinadla xəbər verir ki, həkimlər 50 milyon suma (7100 manat) qədər əlavə ödəniş alacaqlar. 2027-ci ildən etibarən ucqar ərazilərdəki həkimlər üçün aylıq bonuslar 2 milyondan 4,5 milyon suma qədər artacaq.

Özbəkistan prezident Şavkat Mirziyoyev bunu oktyabrın 27-də səhiyyə və əczaçılıq işçiləri ilə görüşdə elan edib.

"Biz onları xəstəxanalarımıza cəlb edəcək və yeni Özbəkistanda öz tibb məktəblərini yaratmağa kömək edən yeni bir sistem yaradacağıq", - deyə prezident bildirib.

Dövlət başçısı deyib ki, bu mütəxəssislərin iş yerləri müasir tibbi avadanlıqlarla təchiz olunacaq. Bundan əlavə, həkimlərə öz qrupları üçün mütəxəssisləri - digər həkimləri, köməkçiləri və tibb bacılarını müstəqil şəkildə seçmək imkanı veriləcək.

“Dövlət həmçinin əcnəbi həkimlərin nüfuzlu beynəlxalq konfranslarda iştirak etmək və xarici həmkarlarla təcrübə mübadiləsi aparmaq xərclərini ödəyəcək.

Birinci mərhələdə proqram 26 milli ixtisaslaşmış tibb mərkəzini əhatə edəcək.

Hər mərkəzin rəhbərlərinə 2027-ci ilə qədər beynəlxalq təcrübəyə malik 5-10 yerli həkimi işə götürmək tapşırılıb.

Beləliklə, bu hədəfə çatdıqda 26 mərkəz 130-260 mütəxəssis cəlb edə bilər.

Bu proqramın başlıca məqsədinin son illərdə ölkədən xaricə axışan yüksək ixtisaslı həkimlərin miqrasiyasının qarşısını almaq, onlara öz vətənlərində yaxşı iş şəraiti yaratmaqdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑