Rusiya müharibənin 1707-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 272 423 PUA-sı, 672 zenit-raket kompleksi, 31 425 tank və digər zirehli texnikası, 1 793 reaktiv yaylım atəş sistemi, 36 823 artilleriya və minaatanı, 75 749 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. ///axar,.az///





