Dünya · Globalinfo.az

Stubb Putinlə niyə məhz indi danışıb? – Bəlli oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Stubb Putinlə niyə məhz indi danışıb? – Bəlli oldu xəbəri üçün şəkil

Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya lideri Vladimir Putinə məhz indi zəng etmək qərarına gəlməsinin səbəblərini açıqlayıb. O, bu addımını ABŞ-ın irəli sürdüyü təşəbbüslər fonunda Avropanın danışıqlarda daha fəal iştirak etməsi ilə bağlı çağırışlarla əlaqələndirib.

Globalinfo.az-ın xəbərinə görə, Stubb mətbuat konfransında bildirib ki, bu telefon danışığının baş tutması üçün bir sıra səbəblər olub.

Onun sözlərinə görə, Putinlə danışmaq imkanı təxminən bir il ərzində müzakirə edilib. Rusiya liderinə zəng etmək ideyası isə Osloda keçirilən danışıqlar zamanı yaranıb. Ötən həftəsonu tərəflər bunun üçün münasib vaxtın yetişdiyini düşünüblər. Həmçinin həmin vaxt Şimali Avropa ölkələrinin baş nazirlərinin Finlandiyada bir araya gəlməsi də qərara təsir edib.

Finlandiya Prezidenti qeyd edib ki, telefon danışığı Kiyev və Vaşinqtonla razılaşdırılıb. Onun sözlərinə görə, söhbət zamanı Ukrayna tərəfi Rusiyaya birbaşa mesajlar çatdırıb.

Stubb vurğulayıb ki, Avropa ölkələri ümumi siyasi kurslarını qoruyub saxlayırlar. Bununla belə, Moskva ilə əlaqələrin qurulması və fəaliyyətin əlaqələndirilməsi məsələsində ölkələr arasında fərqli yanaşmalar mövcuddur.

Prezidentin sözlərinə görə, Finlandiya və Norveç açıq şəkildə elan olunmayan diplomatik təmaslara və tərəflər arasında mesajların çatdırılmasına üstünlük vermək qərarına gəliblər.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑