Dünya · Ölkə.az

Almaniya Ukraynanı soyuqdan belə qoruyacaq - Detallar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Almaniya Ukraynanı soyuqdan belə qoruyacaq - Detallar xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Yeni paket qış aylarında Ukraynanın istilik və enerji təchizatının təmin edilməsinə kömək göstərilməsini nəzərdə tutur. Mənbənin məlumatına görə, 100 milyon avro Almaniya Xarici İşlər Nazirliyinin büdcəsindən, daha 100 milyon avro isə İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin xətti ilə ayrılacaq.

Hazırda Ukrayna Prezidenti Volodimir Zelenski əvvəlcədən elan olunmamış səfərlə Berlinə gəlib.

Almaniya Ukraynanın ən böyük donorudur. 2022-ci ilin fevralından bəri Berlin Kiyevə humanitar yardım şəklində təxminən 43,3 milyard avro, hərbi yardım şəklində isə 57,6 milyard avro təqdim edib.

Son vaxtlar Kiyev Patriot hava hücumundan müdafiə sistemləri üçün raket-interseptorların verilməsini getdikcə daha israrla tələb edir. Belə ki, noyabrın əvvəlində Zelenski ABŞ-dan Patriot sistemləri üçün raketlərlə bağlı problemi dərhal həll etməyi tələb edib. Almaniyanın müdafiə naziri Boris Pistorius bu vəziyyəti “mürəkkəb” adlandırıb.(Publika.az)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑