Dünya · Trend.az

ABŞ-ın yaxın zamanda İrana zərbələr endirmək planı yoxdur - Tramp

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-ın yaxın zamanda İrana zərbələr endirmək planı yoxdur - Tramp xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İran məsələsində mövcud vəziyyətdən razı olduğunu və Vaşinqtonun yaxın vaxtlarda zərbələr endirmək niyyətində olmadığını bildirib.

Bu barədə D. Tramp "Financial Times" qəzetinə müsahibəsində deyib.

“Görünür, istədiyimiz hər şeyi əldə edirik”, – deyə o bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu və bu həftənin sonlarında hücumların bərpa olunması ehtimalı ilə bağlı yayılan məlumatları şərh edən Tramp zərurət yaranacağı təqdirdə ABŞ-nin buna tam hazır olduğunu qeyd edib. “Lakin bunun üçün heç bir əsas olmaya bilər”, – deyə ABŞ Prezidenti vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑