AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının X turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.
Offsideplus.az xəbər verir ki, qurum rəsmisi "Kəpəz" - "İmişli" matçında baş hakimin səhv qərar verdiyini və "İmişli"nin təmiz qolunun qeydə alınmadığını bildirib.
Bundan əlavə, Rəhim Həsənov "Sumqayıt" - "Şəfa" qarşılaşmasında meydan sahiblərinin futbolçusu İsa Sulimanın təsadüf nəticəsində topa əllə toxunduğunu diqqətə çatdırıb.

.jpg)


