Lionel Messi MLS-də bu mövsüm 5-ci sarı vərəqəsini alaraq cəzalı duruma düşsə də, "Nyu İnqlend"lə matçda meydanda ola biləcək.
Offsideplus.az xəbər verir ki, buna MLS-də tətbiq olunan xüsusi intizam qaydası səbəb olub. Qaydaya əsasən, uzun müddət sarı vərəqə almayan futbolçuların kart sayı azaldılır.
Argentinalı ulduz bu mövsüm sözügedən qaydadan iki dəfə yararlanıb. Təcrübəli hücumçu sarı vərəqə, qırmızı vərəqə və ya əlavə intizam cəzası almadan üst-üstə iki fərqli 5 matçlıq dövrü tamamlayıb.
Bu iki güzəşt sayəsində Messinin ümumi sarı vərəqə sayından iki kart çıxılıb.
"Sinsinnati" ilə görüşdə gördüyü sonuncu sarı vərəqə mövsümdə 5-ci olsa da, rəsmi protokolda onun vərəqə sayı 3 kimi qeydə alınıb.



