İdman · Offsideplus.az

Kerrik Simeone və Atletiko haqqında danışıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kerrik Simeone və Atletiko haqqında danışıb xəbəri üçün şəkil
Kerrik Simeone və "Atletiko" haqqında danışıb

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik "Atletiko"nu Avropanın ən güclü klublarından biri adlandırıb.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunda bu komandalar arasında oyun Madridin "Metropolitano" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Kerrik bildirib: "Dieqo Simeoneyə məşqçi kimi böyük hörmətim var. Komandanın formalaşması üçün zaman lazımdır və onun uzun müddət klubda çalışması təsirini açıq şəkildə göstərir. Onlar həqiqətən təhlükəlidirlər. Bu, bizim üçün əla sınaq olacaq".

O əlavə edib: "Biz hesab edirik ki, "Atletiko" Avropada heç bir komandadan geri qalmır. Onları ən yaxşılar sırasında görürük".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑