İdman · Azxeber.com

“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur” xəbəri üçün şəkil
"Sabah” komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiyanın "Slaviya” kollektivi ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də start götürəcək.
Xatırladaq ki, "Sabah” turnirdəki ilk matçında İngiltərədə "Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub. "Slaviya” isə öz meydanında Fransanın "Lans” komandasına 2:3 hesabı ilə uduzub.
Tanınmış futbol şərhçisi Kənan Məstəliyev AZXEBER.COM-a açıqlamasında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, "Sabah”ın doğma meydanda oynayacağı ilk matçda qələbə qazanmaq üçün kifayət qədər şansı var:
"”Sabah”ın Çempionlar Liqasındakı ilk ev oyunudur. Komanda 50 mindən çox azarkeşin gözü önündə, böyük dəstəklə oynayacaq. Rəqib nisbətən gücümüzə görədir, motivasiyamız yüksəkdir, qələbə qazanmaq istəyirik.
Rəqib Çexiya çempionudur. Bu ölkəni həm yığma, həm də klub səviyyəsində üstələməkdə çətinlik çəkirik. Üstəlik, onlar da iddialıdırlar, Bakıya qələbə üçün gəlirlər, bunu açıq bəyan da edirlər. "Slaviya” atletik, fiziki cəhətdən güclü, topu özündə saxlamağı sevməyən, ani hücum və əks-hücumlar həyata keçirməyə çalışan komandadır. Belə komandalara qarşı əsasən topu özündə saxlayan, pas oyunu oynayan, orta xətdə sıx oynayanlar nəticə göstərə bilirlər. "Sabah” da məhz belə oynayır. Ona görə də şansımız var, az da deyil”.

  Şərhçi qarşılaşmanın gərgin və maraqlı keçəcəyini, heç-heçə ehtimalının da yüksək olduğunu vurğulayıb:
"Düşünürəm ki, maraqlı, gərgin, qarşılıqlı hücumlar və mübarizənin sona qədər getdiyi bir qarşılaşma izləyəcəyik. Oyunun bərabərə bitmə ehtimalı çoxdur”.
Fəridə Əsədzadə
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑