İdman · Offsideplus.az

“Hər oyuna qələbə üçün çıxacağıq” - Turan Tovuzun kapitanı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Hər oyuna qələbə üçün çıxacağıq” - Turan Tovuzun kapitanı xəbəri üçün şəkil
“Hər oyuna qələbə üçün çıxacağıq” - "Turan Tovuz"un kapitanı

Misli Premyer Liqasında 7 turdan sonra 14 xalla 4-cü pillədə qərarlaşan "Turan Tovuz"un kapitanı Faiq Hacıyev komandanın son durumu və növbəti turlar haqqında fikirlərini bölüşüb.

Offsideplus.az-a danışan təcrübəli futbolçu ilk növbədə növbəti rəqibləri "İmişli"də baş məşqçi Fərid Namazovun gedişinə münasibət bildirib:

"Fərid Namazovun ayrılması, gözlənilməz qərar oldu. Amma biz öz oyunumuza köklənməliyik. "İmişli" ilə bizi çətin qarşılaşma gözləyir və bu matça çox ciddi hazırlaşırıq. Məqsədimiz qələbə qazanaraq xallarımızın sayını artırmaqdır".

Kapitan növbəti turlarda "Neftçi", "Sabah" və "Qarabağ" kimi iddialı rəqiblərə qarşı keçirəcəkləri ağır oyunlar barədə də danışıb:

"İmişli" ilə görüşdən sonra növbəti matçlar haqqında düşünəcəyik. Rəqibin kimliyindən və adından asılı olmayaraq, hər qarşılaşmaya yalnız qələbə üçün meydançaya çıxacağıq".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑