Bakı, 13 oktyabr,
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyinin (ROİL) əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, liseydə sərbəst, yunan-Roma güləşi və cüdo zalları əsaslı təmir olunub. Bundan əlavə, yataqxana, yeməkxana binası, sinif otaqları və idman meydançaları yenidən qurularaq istifadəyə verilib.
Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisədə görülən işlər və yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, ROİL ümumi orta təhsil ilə peşəkar idman hazırlığını uğurla birləşdirir. Lisey ölkəmizdə gənc istedadların üzə çıxarılması, peşəkar idmançıların və yüksəkhazırlıqlı kadrların yetişdirilməsi istiqamətində mühüm rol oynayır.
Müxbir-Mikayıl Məmmədov


